Ana səhifə
Şirkət haqqında
İnformasiya təminatı
İctimai əlaqələr
Partnyorlar
Xəbərlər
Əlaqə
     
 
Xidmətlərimiz
  Yaşayış obyektlərinin (mənzil, fərdi yaşayış evi, mülk) qiymətləndirilməsi
  Xidmət obyektlərinin qiymətləndirilməsi
  İstehsal və s. təyinatlı avadanlıqların qiymətləndirilməsi
  Sığorta olunan əmlakın qiymətləndirilməsi
  Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçidlə əlaqədar müəssisələrin qiymətləndirilməsi
  Əsas fondların yenidən qiymətləndirilməsi
  Torpaq sahələrinin qiymətləndirilməsi
  İpoteka predmetlərinin qiymətləndirilməsi
  Biznesin qiymətləndirilməsi
  İnvestisiya layihələrinin qiymətləndirilməsi
  Məhkəmə mübahisələri zamanı qiymətləndirmə
  Əmlak vergisinə cəlbetmə məqsədilə bələdiyyə ərazisindəki əmlakın qiymətləndirilməsi
  “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusunda beynəlxalq konfrans 20 may 2015-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində “Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiyasiya”-nın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəsmi göstərişi əsasında yaradılmış ermənilərin tarix boyu Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun təşkilatçılığı ilə XIV beynəlxalq konqress öz işinə başlamışdır. Beynəlxalq tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərindəki adını daşıyan parka gələrək onun abidəsi önünə tər-çiçək dəstələri düzmüşlər. Eyni zamanda həmin beynəlxalq tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan qanlı döyüşlərdə qəhrəmancasına həlak olmuş vətən övladlarının əziz xatirəsini də yad etmişlər. Daha sonra “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusuna həsr edilmiş həmin beynəlxalq konqress Qəbələ şəhərindəki Qafqaz Rivierside Resort hotelinin konfrans zalında öz işinə başlamışdır.
 
  Əmlak və biznes sahiblərinin, idarəedicilərinin, səhmdarlarınının, investorların nəzərinə! Qiymətləndirmə sahəsində peşəkar və operativ xidmət üçün bizə zəng edin. Biz Sizə əmlakın idarəolunması, uçotu, vergiyəcəlbedilməsi, əmlakla bağlı bütün sənədləşmə məsələləri üzrə tam xidmət göstərməyə hazırıq! Əgər Siz yuxarıda sadaladığımız sahələr üzrə hər hansı bir məsələdə məsələhətləşməyə, xidmət almağa ehtiyac duyursunuzsa və əmlakla bağlı sənədləşmə ilə məşğul olmaq istəmirsinizsə, Şirkətimiz Sizin işlərinizi yüngülləşdirib, Sizə professional və konfidensiallığı qoruyaraq xidmət göstərəcəyinə, Sizin maraqlarınızı qorumaqla işinizi asanlaşdıracağına təminat verir! Ünvan: Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 43, mənzil 3 Əlaqə telefonları: mob: +994 070 231-51-41 +994 055 231-51-41 iş: +994 012 510-81-96 www.recinvest.az e-poçt: recinvest@mail.ru
 
 
     “REC-İNVEST” MMC 2002-ci ildə dövlət qeydiyyatından keçərək qiymətləndirmə şirkəti kimi fəlaiyyət göstərməkdədir. Şirkət hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq müxtəlif əmlak növlərinin qiymətləndirilməsi xidmətini göstərir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və "Əmlak Bazarı İştirakçıları" İB-nin üzvüdür. 

      
 

                            Şirkətinin əməkdaşları

Direktor
Əsədov Elnur Yavər oğlu, 1983-cü ildə anadan olmuşdur. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakultəsində (qiymət və qiymətin əmələ gəlməsi ixtisası) ali təhsilin bakalavr pilləsini, 2007-ci ildə həmin universitetin Master of Business Administration (MBA) proqramının Maliyyə ixtisasi üzrə magistr pilləsini bitirmişdir. “Biləndər” qiymətləndirmə şirkətində və Azərbaycan Qiymətləndiricilər Cəmıyyətində işləmişdir. Azərbaycan Qiymətləndiricilər Cəmıyyətinin İdarə Heyətinin üzvüdür.



Keyfiyyət meneceri
  Osmanov Ramil İsgəndər oğlu, 1976-cı ildə anadan olmuşdur. 1993-1998-ci illərdə Bakı Kooperativ Texnikumunu, 1999-2003-cü illərdə Bakı Asiya Universitetini bitirmişdir. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru olaraq daşınmaz əmlak bazarı sahəsində araşdırmalara, təhlillərə, monitorinq və digər layihələrə rəhbərlik emişdir.



Baş mühasib
 Əsədov Emil Muxtar oğlu, 1977-ci ildə anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Mühasibat uçotu və Statistika “ fakultəsinə “ Mühasibat uçotu və audit “ ixtisası üzrə daxil olub. 1998-ci ildə “Fərqlənmə" diplomu ilə bakalavr pilləsi üzrə, 2000-ci ildə “Mühasibat uçotu və audit" ixtisası üzrə magistratura pilləsini başa vurub. Müxtəlif təşkilatlarda mühasib və baş mühasib vəzifələrində çalışıb. 



Ekspert
 Əliyev Rəşad Oqtay oğlu, 1979-cu ildə anadan olmuşdur. 1996-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” fakultəsini bakalavr və magistr dərəcəsində bitirmişdir. 1998-ci ildən müxtəlif şirkətlərdə mühasib, baş mühasib, ekspert və qiymətləndirici vəzifələrində işləyib. 





Qiymətləndirici
Məmmədli Vasif Arif oğlu, 1983-cü ildə anadan olmuşdur. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsində bakalavr pilləsini, 2007-ci ildə həmin universitetin Master of Business Administration(MBA) proqramının Marketinq ixtisasi üzrə magistr pilləsini bitirmişdir. “Nurgün Holdinq”də satış, “Qaraçay” tikinti firmasında və Dədə-Qorqud Özəl Türk Liseyində çalışmışdır. 

                

Qiymətləndirici
 Həsənov Vüsal Zülfüqar oğlu, 1987-cü ildə anadan olmuşdur. Azərbaycan Beynəlxalq Universitetinin Maliyyə Kredit fakultəsini bitirmişdir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkil etdiyi kurslarda iştirak etmişdir. 




                                                                                  

 
 
 
© 2014 Created by Qwant | Naziroff Group of Companies