Ana səhifə
Şirkət haqqında
İnformasiya təminatı
İctimai əlaqələr
Partnyorlar
Xəbərlər
Əlaqə
     
 
Xidmətlərimiz
  Yaşayış obyektlərinin (mənzil, fərdi yaşayış evi, mülk) qiymətləndirilməsi
  Xidmət obyektlərinin qiymətləndirilməsi
  İstehsal və s. təyinatlı avadanlıqların qiymətləndirilməsi
  Sığorta olunan əmlakın qiymətləndirilməsi
  Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçidlə əlaqədar müəssisələrin qiymətləndirilməsi
  Əsas fondların yenidən qiymətləndirilməsi
  Torpaq sahələrinin qiymətləndirilməsi
  İpoteka predmetlərinin qiymətləndirilməsi
  Biznesin qiymətləndirilməsi
  İnvestisiya layihələrinin qiymətləndirilməsi
  Məhkəmə mübahisələri zamanı qiymətləndirmə
  Əmlak vergisinə cəlbetmə məqsədilə bələdiyyə ərazisindəki əmlakın qiymətləndirilməsi
  “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusunda beynəlxalq konfrans 20 may 2015-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində “Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiyasiya”-nın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəsmi göstərişi əsasında yaradılmış ermənilərin tarix boyu Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun təşkilatçılığı ilə XIV beynəlxalq konqress öz işinə başlamışdır. Beynəlxalq tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərindəki adını daşıyan parka gələrək onun abidəsi önünə tər-çiçək dəstələri düzmüşlər. Eyni zamanda həmin beynəlxalq tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan qanlı döyüşlərdə qəhrəmancasına həlak olmuş vətən övladlarının əziz xatirəsini də yad etmişlər. Daha sonra “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusuna həsr edilmiş həmin beynəlxalq konqress Qəbələ şəhərindəki Qafqaz Rivierside Resort hotelinin konfrans zalında öz işinə başlamışdır.
 
  Əmlak və biznes sahiblərinin, idarəedicilərinin, səhmdarlarınının, investorların nəzərinə! Qiymətləndirmə sahəsində peşəkar və operativ xidmət üçün bizə zəng edin. Biz Sizə əmlakın idarəolunması, uçotu, vergiyəcəlbedilməsi, əmlakla bağlı bütün sənədləşmə məsələləri üzrə tam xidmət göstərməyə hazırıq! Əgər Siz yuxarıda sadaladığımız sahələr üzrə hər hansı bir məsələdə məsələhətləşməyə, xidmət almağa ehtiyac duyursunuzsa və əmlakla bağlı sənədləşmə ilə məşğul olmaq istəmirsinizsə, Şirkətimiz Sizin işlərinizi yüngülləşdirib, Sizə professional və konfidensiallığı qoruyaraq xidmət göstərəcəyinə, Sizin maraqlarınızı qorumaqla işinizi asanlaşdıracağına təminat verir! Ünvan: Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 43, mənzil 3 Əlaqə telefonları: mob: +994 070 231-51-41 +994 055 231-51-41 iş: +994 012 510-81-96 www.recinvest.az e-poçt: recinvest@mail.ru
 
Hər hansı park-bağ kompeksinin salınması üçün yerli icra hakimiyyətləri tərəfindən vətəndaşların daşınmaz əmlakının məcburi qaydada alınması qanunsuzdur Bu gün vətəndaşlarımızın sosial şəraitinin yaxşılaşdırlması məqsədilə bir çox dövlət əhəmiyyətli layihələr həyata keçirilir və bəzən hansısa ərazilərin köçürülməsi lazım gəlir. Lakin təəssüf ki, belə köçürmələr zamanı müəyyən xoşagəlməz, neqativ məqamların, insanların yaşayış və əmlak hüquqlarının pozulması halları baş verir, narazılıqlar yaranır. Bu hallar bəzən məmurların qanunazidd hərəkətləri, bəzən isə vətəndaşların qanun məlumatsızlıqlarından yaranır. Ona görə də bəzi məqamlara aydınlıq gətirmək üçün Media Hüquq İnstitutunun hüquqşünası Fariz Namazlı ilə müsahibədə yenidən bu mövzuya toxunmaq qərarına gəldik. -Fariz müəllim, vətəndaşlar onların yaşadıqları ərazinin məhz dövlət ehtiyacı üçün alınma zərurətinin yarandığını necə müəyyənləşdirə bilərlər? Başqa sözlə desək, dövlət ehtiyacı üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsinə hansı hallarda yol verilir? -Ümumiyyətlə vətəndaşlar hər hansı bir ərazidə torpaq sahəsi, yaxud ev alarkən gələcəkdə həmin əmlakın dövlət ehtiyacı üçün alınıb-alınmayacağını bilməsi mümkün deyil. Çünki dövlət tərəfindən daim müxtəlif proqramlar hazırlanır və müxtəlif sahələr dövlət ehtiyacları üçün geri alına bilər. Amma qanunvericlikdə dövlət ehtiyacı anlayışı göstərilib. Mülki Məcəllənin 157.9-cu maddəsində dövlət ehtiyacları - yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və müdafiə əhəmiyyətli obyektlərin tikilməsi göstərilib. Amma torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanun bu siyahını bir az da genişləndirib və bura dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsini də əlavə edib. Yalnız yuxarıda sadalanan hallar dövlət ehtiyacına daxil edilir. Bu siyahı qətidir, başqa məsələləri dövlət ehtiyacına daxil etmək olmaz. -Vətəndaşa əmlakın sökülməsi ilə bağlı xəbərdarlıq (bildiriş) nə vaxt, hansı mərhələdə, kimin imzası və təsdiqi ilə gəlməlidir? Bu proses hansı mərhələlərdən keçməlidir? -Dövlət ehtiyacları üçün daşınmaz əmlakın alınması zərurəti ortaya çıxdıqdan, həmin əmlakların siyahısı müəyyən edildikdən və bu barədə qərar qəbul edildikdən sonra daşınmaz əmlak sahibinə hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərilir. Bildiriş həmin daşınmaz əmlakı alan orqan tərəfindən göndərilir. Əgər vətəndaş əmlakın könüllü alqı-satqısına razı olarsa, bildirişi alan gündən 30 təqvim günü ərzində öz razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırır. Bu halda alan orqan həmin şəxslərin əmlakının qiymətləndirilməsini təmin edir və mülkiyyətçi ilə əmlakı alan orqan arasında müqavilə bağlanılır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 təqvim günü ərzində aşağıdakıları həyata keçirir: - mülkiyyətçiyə daşınmaz əmlakın dəyərini tam ödəyir; - daşınmaz əmlakla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; - satılan daşınmaz əmlak mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, daşınmaz əmlakın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra mülkiyyətçiyə ərazini boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. Kompensasiya hesablanarkən əmlakın bazar qiyməti müəyyən edilməlidir. Əgər vətəndaş əmlakının könüllü alqı-satqısına razı olmasa, bu halda alan orqan vətəndaşa qarşı məhkəmədə iddia qaldırır. -“Dövlət ehtiyacı üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması qaydası” bu gün hansı qanunvericiliklə tənzimlənir? Bu qanuna əsasən qiymətləndirmə proseduru hansı mərhələlərdən keçməlidir? -Dövlət ehtiyacı üçün alınan daşınmaz əmlakın satınalma qiyməti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və Mənzil Məcəlləsi ilə nizama salınır. Həmin qanunvericilik aktlarına görə, daşınmaz əmlakı dövlət ehtiyacı üçün alınması zamanı qiymətləndirmə komissiyaları yaradılmalıdır. Bu komissiyalar alınan daşınmaz əmlakın və onunla yanaşı yerləşən əmlakın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır, təhlil edir və hər bir əmlak barədə qiymətin müəyyən edilməsinə dair qərar qəbul edir. -Dövlət ehtiyacı üçün əmlakın özgəninkişləşdirilməsi zamanı alqı-satqı mərhələsi bir çox hallarda fiziki şəxsin adından aparılır və onun adından mülkiyyətçinin hesabına köçürülür. Vətəndaşlar belə bir hallarla rastlaşdıqları zaman nə etməlidirlər? -Əslində bu cür hallar qanunvericiliyə zidd deyil. Çünki dövlət ehtiyacları üçün daşınmaz əmlak alınarkən alan dövlət qurumu etibarnamə əsasında səlahiyyətləri hər hansı şəxsə verə və müəyyən olunan kompensasiyanı onun hesabına köçürə bilər. -Mülkiyətçi yaşayış sahəsinin satınalınması barədə qərarla və yaxud yaşayış sahəsinin qiyməti ilə razılaşmasa hansı prosedur baş verir? Bu zaman onun hansı hüquqları yaranır? -Yerli qanunvericiliyə görə, mülkiyyətçi yaşayış və ya torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması zamanı təklif olunan kompensasiya ilə razılaşmadıqda daşınmaz əmlakı almaq istəyən dövlət qurumu vətəndaşa qarşı məhkəmədə iddia qaldırar və məhkəmənin qərarı əsasında müəyyən edilən məbləğə uyğun olaraq məcburi qaydada vətəndaşa kompensasiya ödənilərək daşınmaz əmlak vətəndaşdan alınır. Qeyd edək ki, bu prosedur yalnız dövlət ehtiyacları üçün daşınmaz əmlakın alınması halına tətbiq edilir. Lakin bəzən hər hansı park bağ kompeksinin salınması zərurəti ilə əlaqədar yerli icra hakimiyyətləri tərəfindən vətəndaşlara bildirişlər göndərilir və özlərinin təyin etdiyi kompensasiya ilə vətəndaşları razılaşdırmağa məcbur edirlər. Qeyd edək ki, bu tamamilə qanunsuzdur. Park-bağ kompleksinin salınması dövlət ehtiyaclarına daxil olmadığından vətəndaşın əmlakına dövlət qurumu tərəfindən qiymət qoyula bilməz və buna görə vətəndaşlar bu cür hallarla rastlaşdıqda dərhal məhkəməyə müraciət edərək dövlət qurumlarının hərəkətlərini mübahisələndirə bilərlər. -Yerli instansiyaları keçib Avropa İnsan Hüquqları məhkəməsinə müraciət edən vətəndaşların sayı günbəgün artmaqdadır. Onların hüquqları beynəlxalq məhkəmələrdə necə təmin olunur? -Azərbaycanda son 2-3 il ərzində dövlət ehtiyacları üçün və ya başqa məqsədlər üçün minlərlə evlər sökülür, torpaq sahələri vətəndaşlardan alınır. Bu cür hallarda təəssüf ki, vətəndaşlar onlara ödənilən kompensasiyaların məbləği ilə razılaşmır və evlərini, torpaqları boşaltmaqdan imtina edir. Dövlət qurumları isə vətəndaşlara qarşı məhkəmə iddiası qaldırmaq əvəzinə məhkəmə qərarı olmadan vətəndaşların evlərini sökür, torpaqlarına qanunsuz olaraq müdaxilə edirlər. Vətəndaşların yerli məhkəmələrə müraciətləri isə səmərəsiz olur, çünki məhkəmələr dövlət qurumlarına qarşı qərar çıxarmağa ehtiyat edirlər. Buna görə də vətəndaşların ümidi yalnız Avropa İnsan hüquqları Məhkəməsinə qalır. Ümumiyyətlə Avropa hüquq sistemində və praktikasında mülkiyyət hüququ Azərbaycana nisbətən daha ciddi şəkildə qorunduğundan Azərbaycan vətəndaşlarının hüquqlarının beynəlxalq məhkəmə qurumlarında təmin olunması daha realdır. Hazırda Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycana qarşı mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı çoxsaylı şikayətlər gedib. Düşünürəm ki, yaxın 2-3 il ərzində Avropa Məhkəməsi tərəfindən Azərbaycana qarşı xeyli sayda qərarlar qəbul ediləcək. -“Dövlət ehtiyacı üçün əmlakın özgəninkişləşdirilməsi Qaydaları” sənədsiz və ya qanunsuz tikililərə də şamil edilirmi? -Təəssüf ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun özbaşına tikililərə və sənədsiz evlərə malik şəxslərə kompensasiyanın ödənilməsini nəzərdə tutmur. Qanun bu cür torpaqlara sahib olan şəxslərə yalnız onların köçürülməsi ilə bağlı yardımla və köçürülmə zamanı həmin şəxslərin daşınar əmlakına vurulmuş zərərin ödənilməsinə yönəlmiş yardımlarla təmin edilməsini müəyyən edir.
 
 
 
© 2014 Created by Qwant | Naziroff Group of Companies