Ana səhifə
Şirkət haqqında
İnformasiya təminatı
İctimai əlaqələr
Partnyorlar
Xəbərlər
Əlaqə
     
 
Xidmətlərimiz
  Yaşayış obyektlərinin (mənzil, fərdi yaşayış evi, mülk) qiymətləndirilməsi
  Xidmət obyektlərinin qiymətləndirilməsi
  İstehsal və s. təyinatlı avadanlıqların qiymətləndirilməsi
  Sığorta olunan əmlakın qiymətləndirilməsi
  Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçidlə əlaqədar müəssisələrin qiymətləndirilməsi
  Əsas fondların yenidən qiymətləndirilməsi
  Torpaq sahələrinin qiymətləndirilməsi
  İpoteka predmetlərinin qiymətləndirilməsi
  Biznesin qiymətləndirilməsi
  İnvestisiya layihələrinin qiymətləndirilməsi
  Məhkəmə mübahisələri zamanı qiymətləndirmə
  Əmlak vergisinə cəlbetmə məqsədilə bələdiyyə ərazisindəki əmlakın qiymətləndirilməsi
  “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusunda beynəlxalq konfrans 20 may 2015-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində “Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiyasiya”-nın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəsmi göstərişi əsasında yaradılmış ermənilərin tarix boyu Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun təşkilatçılığı ilə XIV beynəlxalq konqress öz işinə başlamışdır. Beynəlxalq tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərindəki adını daşıyan parka gələrək onun abidəsi önünə tər-çiçək dəstələri düzmüşlər. Eyni zamanda həmin beynəlxalq tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan qanlı döyüşlərdə qəhrəmancasına həlak olmuş vətən övladlarının əziz xatirəsini də yad etmişlər. Daha sonra “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusuna həsr edilmiş həmin beynəlxalq konqress Qəbələ şəhərindəki Qafqaz Rivierside Resort hotelinin konfrans zalında öz işinə başlamışdır.
 
  Əmlak və biznes sahiblərinin, idarəedicilərinin, səhmdarlarınının, investorların nəzərinə! Qiymətləndirmə sahəsində peşəkar və operativ xidmət üçün bizə zəng edin. Biz Sizə əmlakın idarəolunması, uçotu, vergiyəcəlbedilməsi, əmlakla bağlı bütün sənədləşmə məsələləri üzrə tam xidmət göstərməyə hazırıq! Əgər Siz yuxarıda sadaladığımız sahələr üzrə hər hansı bir məsələdə məsələhətləşməyə, xidmət almağa ehtiyac duyursunuzsa və əmlakla bağlı sənədləşmə ilə məşğul olmaq istəmirsinizsə, Şirkətimiz Sizin işlərinizi yüngülləşdirib, Sizə professional və konfidensiallığı qoruyaraq xidmət göstərəcəyinə, Sizin maraqlarınızı qorumaqla işinizi asanlaşdıracağına təminat verir! Ünvan: Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 43, mənzil 3 Əlaqə telefonları: mob: +994 070 231-51-41 +994 055 231-51-41 iş: +994 012 510-81-96 www.recinvest.az e-poçt: recinvest@mail.ru
 
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, komitə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlərin göstərilməsinə başlayıb. Səyyar xidmətlərin göstərilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xüsusi avtomobillər alıb. Ayın əvvəlindən bu xidmətlərdən məhdud imkanlı şəxslər, yaşlılar, eləcə də müxtəlif səbəblərdən ona məxsus olan daşınmaz əmlakın qeydiyyatı üçün ərazi idarəsinə gələ bilməyən vətəndaşlar istifadə edə bilərlər. Məlumatda deyilir ki, bu üstünlüklərdən ilk olaraq Sumqayıt sakinləri yararlanacaqlar. Aprel ayı ərzində Bakı, Gəncə və Yevlaxda, eləcə də Abşeron və Xaçmaz rayonlarında müraciətlər əsasında belə xidmətlərin coğrafiyasının genişləndirilməsi planlaşdırılır. Gələcəkdə onlar paytaxtı və ölkənin regionlarını da əhatə edəcək. Layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu və yoxlanışı aparılacaq, eləcə də gələcək prosedurlarla bağlı vətəndaşlara zəruri məsləhətlər veriləcək. Səyyar xidmətlər üçün nəzərdə tutulan avtomobillər müasir rabitə sistemləri, internetə çıxış və digər zəruri avadanlıqlarla təchiz olunublar ki, bu da vətəndaşlara yerlərdə sürətli, çevik və rahat xidmət etmək, eləcə də vaxta xeyli qənaət etmək imkanı verəcək. Gələcəkdə belə avtomobillərin sayı artırılacaq.
 
 
 
© 2014 Created by Qwant | Naziroff Group of Companies