Ana səhifə
Şirkət haqqında
İnformasiya təminatı
İctimai əlaqələr
Partnyorlar
Xəbərlər
Əlaqə
     
 
Xidmətlərimiz
  Yaşayış obyektlərinin (mənzil, fərdi yaşayış evi, mülk) qiymətləndirilməsi
  Xidmət obyektlərinin qiymətləndirilməsi
  İstehsal və s. təyinatlı avadanlıqların qiymətləndirilməsi
  Sığorta olunan əmlakın qiymətləndirilməsi
  Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçidlə əlaqədar müəssisələrin qiymətləndirilməsi
  Əsas fondların yenidən qiymətləndirilməsi
  Torpaq sahələrinin qiymətləndirilməsi
  İpoteka predmetlərinin qiymətləndirilməsi
  Biznesin qiymətləndirilməsi
  İnvestisiya layihələrinin qiymətləndirilməsi
  Məhkəmə mübahisələri zamanı qiymətləndirmə
  Əmlak vergisinə cəlbetmə məqsədilə bələdiyyə ərazisindəki əmlakın qiymətləndirilməsi
  “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusunda beynəlxalq konfrans 20 may 2015-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində “Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiyasiya”-nın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəsmi göstərişi əsasında yaradılmış ermənilərin tarix boyu Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun təşkilatçılığı ilə XIV beynəlxalq konqress öz işinə başlamışdır. Beynəlxalq tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərindəki adını daşıyan parka gələrək onun abidəsi önünə tər-çiçək dəstələri düzmüşlər. Eyni zamanda həmin beynəlxalq tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan qanlı döyüşlərdə qəhrəmancasına həlak olmuş vətən övladlarının əziz xatirəsini də yad etmişlər. Daha sonra “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusuna həsr edilmiş həmin beynəlxalq konqress Qəbələ şəhərindəki Qafqaz Rivierside Resort hotelinin konfrans zalında öz işinə başlamışdır.
 
  Əmlak və biznes sahiblərinin, idarəedicilərinin, səhmdarlarınının, investorların nəzərinə! Qiymətləndirmə sahəsində peşəkar və operativ xidmət üçün bizə zəng edin. Biz Sizə əmlakın idarəolunması, uçotu, vergiyəcəlbedilməsi, əmlakla bağlı bütün sənədləşmə məsələləri üzrə tam xidmət göstərməyə hazırıq! Əgər Siz yuxarıda sadaladığımız sahələr üzrə hər hansı bir məsələdə məsələhətləşməyə, xidmət almağa ehtiyac duyursunuzsa və əmlakla bağlı sənədləşmə ilə məşğul olmaq istəmirsinizsə, Şirkətimiz Sizin işlərinizi yüngülləşdirib, Sizə professional və konfidensiallığı qoruyaraq xidmət göstərəcəyinə, Sizin maraqlarınızı qorumaqla işinizi asanlaşdıracağına təminat verir! Ünvan: Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 43, mənzil 3 Əlaqə telefonları: mob: +994 070 231-51-41 +994 055 231-51-41 iş: +994 012 510-81-96 www.recinvest.az e-poçt: recinvest@mail.ru
 

  "REC-İNVEST" şirkətinin qiymətləndirici mütəxəssisləri investisiya layihələrinin risk və gəlirliliyini qiymətləndirmək baxımından çoxillik təcrübəyə malikdirlər. Şirkət yalnız yerli deyil, o cümlədən beynəlxalq şirkətlərlə əməkdaşlıq edir və bu baxımdan bizim hesabatlar və yanaşma üsullarımızın da beynəlxalq standartlara uyğun gəldiyini tam əminliklə qeyd etmək olar. Məhz bu səbəbdən müştərilərimiz bizi seçərkən eyni zamanda keyfiyyət, etibarlılıq və yüksək xidməti seçmiş olurlar.

İnvestisiya layihəsinin effektliyi layihənin iştirakçılarının məqsəd və maraqlarına uyğunluğunun göstəricisidir.

Qanunvericilik baxımından investisiya layihələrinin effektivliyi məcburi hesab edilməsə də, hər bir investor üçün yatırdığı maliyyəsini təhlükəsiz hiss etmək və gəlirlərini kifayət qədər riskdən qorumaq vacib faktor olaraq qalmaqdadır.

Bir qayda olaraq, investisiya layihələrinin səmərəliliyini qiymətləndirilərkən əsas məqsədlər aşağıdakı kimi olur:

1.      Layihəyə qoyulan vəsaitlərin rentabelliyi

2.      İnvestisiyanın öz xərcini çıxarma müddəti

3.      Risk dərəcəsi və faktorları

Məhz “REC-İNVEST” şirkətinin ixtisaslaşmış professional mütəxəssisləri beynəlxalq qiymətləndirmə metodlarını tətbiq edərək bu suallara cavab tapmaqda Sizə köməklik göstərərək, layihənin effektivliyinə müxtəlif aspektlərdən baxmaqla nəticə barədə obyektiv təəssürat yaradacaq. İnvestisiya layihələrinin qiymətləndirilməsi əsasən layihə haqqında informasiyanın tam dolğun, dəqiq və etibarlılığından asılı olur.Bu məlumatlar ekspertiza zamanı eyni xüsusiyyətlərə malik nəticələrin əldə edilməsinə tam imkan yaradır.

 
 
 
© 2014 Created by Qwant | Naziroff Group of Companies