Ana səhifə
Şirkət haqqında
İnformasiya təminatı
İctimai əlaqələr
Partnyorlar
Xəbərlər
Əlaqə
     
 
Xidmətlərimiz
  Yaşayış obyektlərinin (mənzil, fərdi yaşayış evi, mülk) qiymətləndirilməsi
  Xidmət obyektlərinin qiymətləndirilməsi
  İstehsal və s. təyinatlı avadanlıqların qiymətləndirilməsi
  Sığorta olunan əmlakın qiymətləndirilməsi
  Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçidlə əlaqədar müəssisələrin qiymətləndirilməsi
  Əsas fondların yenidən qiymətləndirilməsi
  Torpaq sahələrinin qiymətləndirilməsi
  İpoteka predmetlərinin qiymətləndirilməsi
  Biznesin qiymətləndirilməsi
  İnvestisiya layihələrinin qiymətləndirilməsi
  Məhkəmə mübahisələri zamanı qiymətləndirmə
  Əmlak vergisinə cəlbetmə məqsədilə bələdiyyə ərazisindəki əmlakın qiymətləndirilməsi
  “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusunda beynəlxalq konfrans 20 may 2015-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində “Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiyasiya”-nın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəsmi göstərişi əsasında yaradılmış ermənilərin tarix boyu Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun təşkilatçılığı ilə XIV beynəlxalq konqress öz işinə başlamışdır. Beynəlxalq tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərindəki adını daşıyan parka gələrək onun abidəsi önünə tər-çiçək dəstələri düzmüşlər. Eyni zamanda həmin beynəlxalq tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan qanlı döyüşlərdə qəhrəmancasına həlak olmuş vətən övladlarının əziz xatirəsini də yad etmişlər. Daha sonra “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusuna həsr edilmiş həmin beynəlxalq konqress Qəbələ şəhərindəki Qafqaz Rivierside Resort hotelinin konfrans zalında öz işinə başlamışdır.
 
  Əmlak və biznes sahiblərinin, idarəedicilərinin, səhmdarlarınının, investorların nəzərinə! Qiymətləndirmə sahəsində peşəkar və operativ xidmət üçün bizə zəng edin. Biz Sizə əmlakın idarəolunması, uçotu, vergiyəcəlbedilməsi, əmlakla bağlı bütün sənədləşmə məsələləri üzrə tam xidmət göstərməyə hazırıq! Əgər Siz yuxarıda sadaladığımız sahələr üzrə hər hansı bir məsələdə məsələhətləşməyə, xidmət almağa ehtiyac duyursunuzsa və əmlakla bağlı sənədləşmə ilə məşğul olmaq istəmirsinizsə, Şirkətimiz Sizin işlərinizi yüngülləşdirib, Sizə professional və konfidensiallığı qoruyaraq xidmət göstərəcəyinə, Sizin maraqlarınızı qorumaqla işinizi asanlaşdıracağına təminat verir! Ünvan: Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 43, mənzil 3 Əlaqə telefonları: mob: +994 070 231-51-41 +994 055 231-51-41 iş: +994 012 510-81-96 www.recinvest.az e-poçt: recinvest@mail.ru
 

      “REC-İNVEST” qiymətləndirmə şirkəti tərəfindən əmlakın vergiyə cəlb olunması məqsədilə aparılan qiymətləndirmənin yekun nəticələri dövlət gəlirlərinin toplanılmasını, dövlət hakimiyyəti və bələdiyyə orqanları tərəfindən gəlirlərin bərabərləşdirilməsini, güzəşt yaxud subsidiyaların bölüşdürülməsini asanlaşdırır.           
      Şirkətimiz qiymətləndirmə sahəsində yüksək keyfiyyətli xidmətlər göstərməyə hazır olan qiymətləndirici mütəxəssislərinə görə fərqlənir. Qiymətlədiricilərin peşəkar məsuliyyəti əksər hallarda kütləvi qiymətləndirməyə aid qanunlarda yaxud təlimatlarda əvvəlcədən yazılmış tapşırıqdır. Bizim qiymətləndricilər əmlakın vergiyə cəlb olunmasına dair qanunları yaxşı bilirlər və onların müddəalarını tələb olunduğu kimi yerinə yetirirlər.

       Vergiyə cəlb olunma məqsədilə qiymətləndirmə prosesinə aşağıdakılar daxildir:
     · Qiymətləndiriləcək əmlak obyektlərinin eyniləşdirilməsi;
     · Əmlak mülkiyyətçiləri və könüllü alıcılar tərəfindən dayanıqlı davranış meyarı üzrə bazar zonasının müəyyən edilməsi;
     · Bazarın konkret zonasında dəyərin formalaşmasına təsir göstərən tələb və təklifin səciyyələrinin eyniləşdirilməsi;
     · Bazarın mövcud zonasında dəyərə təsir göstərən göstəriclər arasında qarşılıqlı əlaqələri əks etdirən modelin strukturunun işlənilməsi;
     · Modeldən alınan nəticələrin qiymətləndirilən əmlak obyektlərinə tətbiqi;
     · Qəbul edilmiş kütləvi qiymətləndirmə prosesinin yoxlanılması;
     · Qiymətləndirmənin nəticələrinin razılaşdırılması.
    Qiymətləndirmə proqramlarından alınan müxtəlif nəticələr dövlət inzibatçılığında maliyyə təsirlərinə malikdir. Dövlət gəlirlərinin toplanmasının, gəlirlərin bərabərləşdirilməsinin, güzəşt yaxud subsidiyaların bölüşdürülməsinin təmin edilməsi məqsədilə istifadə olunan vergi qiymətləndirilməsinin dəqiq bazasından istənilən kənarlaşma ədalətsiz nəticələrə səbəb olur. Ona görə də qiymətləndirmənin yüksək ixtisaslı qiymətləndicilər tərəfindən aparılması zəruridir.
Əmlakın vergiyə cəlb olunması üçün bələdiyyə ərazisindəki qymətləndirmə tapşırığını öz üzərinə götürən qiymətləndiricilərimiz – REC-İNVEST əməkdaşları BQS3 “Qiymətləndirmə haqqında hesabatın tərtibi” standartını rəhbər tuturlar. Hesabatda kütləvi qiymətləndirmə üçün zəruri olan aşağıdakı məlumatlar öz əksini tapır:
     · Sifarişçi və digər nəzərdə tutulan istifadəçilər;
     · Kütləvi qiymətləndirmənin məqsədi və nəzərdə tutulan istifadə;
     · İstənilən xüsusi məhdudlaşdırıcı şərtlər də daxil olmaqla tapşırığı başa çatdırmaq üçün zəruri işlərin həcmi;
     · Təsdiq olunan tapşırığa daxil edilməli olan istənilən qeyri-adi ehtimallar;
     · Dəyərin qiymətlədirilməsinin müvafiq bazarı;
     · Əmlakın həcminin kütləvi qiymətləndirmənin məqsədlərinə və nəzərdə tutulan istifadəsinə uyğun xarakteristikaları;
     · Bazarın kütləvi qiymətləndirmənin məqsədlərinə və nəzərdə tutulan istifadəsinə uyğun xarakteristikaları;
    Qiymətləndirmə üçün zəruri informasiyanın siyahısı qiymətləndirilən obyektin tərkibinin dərindən təhlilindən və qiymətləndirmənin məqsədlərinin dəqiq qoyuluşundan sonra tətbiq olunacaqdır.
    Əgər sizə əmlakın vergiyə cəlb olunması üçün bələdiyyə ərazisindəki qymətləndirmə zəruridirsə                  “REC-İNVEST” Qiymətləndirmə şirkətinə müraciət edin.

 
 
 
© 2014 Created by Qwant | Naziroff Group of Companies