Ana səhifə
Şirkət haqqında
İnformasiya təminatı
İctimai əlaqələr
Partnyorlar
Xəbərlər
Əlaqə
     
 
Xidmətlərimiz
  Yaşayış obyektlərinin (mənzil, fərdi yaşayış evi, mülk) qiymətləndirilməsi
  Xidmət obyektlərinin qiymətləndirilməsi
  İstehsal və s. təyinatlı avadanlıqların qiymətləndirilməsi
  Sığorta olunan əmlakın qiymətləndirilməsi
  Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçidlə əlaqədar müəssisələrin qiymətləndirilməsi
  Əsas fondların yenidən qiymətləndirilməsi
  Torpaq sahələrinin qiymətləndirilməsi
  İpoteka predmetlərinin qiymətləndirilməsi
  Biznesin qiymətləndirilməsi
  İnvestisiya layihələrinin qiymətləndirilməsi
  Məhkəmə mübahisələri zamanı qiymətləndirmə
  Əmlak vergisinə cəlbetmə məqsədilə bələdiyyə ərazisindəki əmlakın qiymətləndirilməsi
  “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusunda beynəlxalq konfrans 20 may 2015-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində “Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiyasiya”-nın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəsmi göstərişi əsasında yaradılmış ermənilərin tarix boyu Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun təşkilatçılığı ilə XIV beynəlxalq konqress öz işinə başlamışdır. Beynəlxalq tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərindəki adını daşıyan parka gələrək onun abidəsi önünə tər-çiçək dəstələri düzmüşlər. Eyni zamanda həmin beynəlxalq tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan qanlı döyüşlərdə qəhrəmancasına həlak olmuş vətən övladlarının əziz xatirəsini də yad etmişlər. Daha sonra “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusuna həsr edilmiş həmin beynəlxalq konqress Qəbələ şəhərindəki Qafqaz Rivierside Resort hotelinin konfrans zalında öz işinə başlamışdır.
 
  Əmlak və biznes sahiblərinin, idarəedicilərinin, səhmdarlarınının, investorların nəzərinə! Qiymətləndirmə sahəsində peşəkar və operativ xidmət üçün bizə zəng edin. Biz Sizə əmlakın idarəolunması, uçotu, vergiyəcəlbedilməsi, əmlakla bağlı bütün sənədləşmə məsələləri üzrə tam xidmət göstərməyə hazırıq! Əgər Siz yuxarıda sadaladığımız sahələr üzrə hər hansı bir məsələdə məsələhətləşməyə, xidmət almağa ehtiyac duyursunuzsa və əmlakla bağlı sənədləşmə ilə məşğul olmaq istəmirsinizsə, Şirkətimiz Sizin işlərinizi yüngülləşdirib, Sizə professional və konfidensiallığı qoruyaraq xidmət göstərəcəyinə, Sizin maraqlarınızı qorumaqla işinizi asanlaşdıracağına təminat verir! Ünvan: Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 43, mənzil 3 Əlaqə telefonları: mob: +994 070 231-51-41 +994 055 231-51-41 iş: +994 012 510-81-96 www.recinvest.az e-poçt: recinvest@mail.ru
 

      Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi kotteclərin, binaların, bağ evlərinin, yaşayış təyinatlı daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin, eləcə də yardımçı obyektlərin (xidməti otaqlar, qarajar, istixanalar və s.) dəyərinin qiymətləndirilməsini əhatə edir.
    
RECNVEST Qiymətləndirmə şirkəti aşağıdakı məqsədlər üçün qiymətləndirməni həyata keçirir: 
      

      · Alqı-satqı;
      · Kreditləşmə, sığorta, əmlak mübahisələrinin həlli, vərəsəlik;
      · İcarə;
      · Şəhər hüdudlarından kənarda yerləşən yaşayış təyinatlı daşınmaz əmlakın (bağ evlərinin, imarətlərin, kotteclərin) qiymətləndirilməsi;
      · İpoteka kreditləşdirilməsi, eləcə də bir çox digər əməliyyatların yerinə yetirilməsi məqsədi ilə yaşayış sahələrinin qiymətləndirilməsi.
    Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi zamanı aşağıdakı sənədlərdən istifadə olunur:
      · Yaşayış təyinatlı daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı haqqında şəhadətnamə, bu qeydiyyatın aparılmasına əsas verən digər hüquqi sənədlər (alış-satış müqaviləsi, bağışlama, renta və s.);
      · Yaşayış sahələrinin mərtəbələr üzrə planı;
      · Sifarişçinin pasport məlumatları (adı, soyadı, atasının adı, əlaqə telefonu, qeydiyyat yeri üzrə ünvanı və tikinti yaşayış ünvanı);
      · Daşınmaz Əmlakın Reyestr xidmətindən qiymətləndirilən obyektə verilən sənədlər;
      · Obyektə yüklülüyün olması barədə rəsmi məlumatlar;
      · Obyektin fiziki sərhədləri barədə məlumatlar;
      · Obyektin tərkibinə daxil olan qurğular barədə məlumatlar;
      · Daşınmaz olmayan əmlak (əgər varsa) barədə məlumatlar;
    Qiymətləndirmə üçün zəruri informasiyanın siyahısı qiymətləndirilən obyektin tərkibinin dərindən təhlilindən və qiymətləndirmənin məqsədlərinin dəqiq qoyuluşundan sonra tətbiq olunacaqdır.
    RECNVESTQiymətləndirmə şirkətinin əməkdaşları hər bir müstəqil qiymətləndirilməni, espert işlərinin həyata keçirilməsini və qiymətləndirmə haqqında hesabatın tərtibini Milli qiymətləndirmə standartlarına və BQS3 standartına uyğun olaraq həyata keçirirlər.
    Yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi əhatə edir:
     

 1. Mənzillərin qiymətləndirilməsi;

     Hazırkı dövrdə yaşayış sahələri bazarı həyata keçirilən alqı-satqı sövdələşmələri nöqteyi-nəzərindən daha tutumludur. Mənzil almaq yaxud satmaq arzusunda olan hər bir insan, onun qiymətini bilməlidir. RECNVEST Qiymətləndirmə şirkətinin mütəxəssisləri bu məsələnin həllində Sizə kömək edə bilərlər. Bütün işlər diplomlu və sertifikatlı qiymətləndiricilər tərəfindən yerinə yetirilir.
    Mənzilin dəyərinin qiymətləndirilməsində bizim mütəxəssislər mənzilin yerləşməsini, metro stansiyasından uzaqlığını, evin tipini, mərtəbəliliyini, mənzilin vəziyyətini, telefonun olmasını və mənzilin dəyərinə təsir göstərən digər mühüm amilləri uçota alırlar.
    RECNVEST Qiymətləndirmə şirkəti aşağıdakı əməliyyatların yerinə yetirilməsi üçün mənzilin qiymətləndirilməsini təklif edir:
     · Alqı-satqı;
     · Girovun rəsmləşdirilməsi üçün mənzilin qiymətləndirilməsi;
     · Əmlakın bölünməsi;
     · Mənzilin nizamnamə kapitalına daxil edilməsi;
     · Vergiyə cəlbtemə məqsədi ilə mənzilin qiymətləndirilməsi;
     · Mənzilin sığortalanması;
     · Mənzilin miras kimi dəyərinin qiymətləndirilməsi.
    Mənzilin qiymətləndirilməsi aparılması üçün zəruri sənədlərin və məlumatların siyahısı:
       1. Hüququn (mülkiyyət, icarə) qeydiyyatı haqqında şəhadətnamə;
       2. Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin arayışı;
       3. İzahatlar (şərhlər);
       4. Mənzildə yüklülüyün (girov, icarə və digər servitutlar) möcudluğu haqqqında məlumatlar.


      2. Bağ evlərinin qiymətləndirilməsi;

      Bağ evlərinin müstəqil qiymətlədirilməsi əsasən aşağıdakı məqsədlər üçün yerinə yetirilir:
     · Girov yaxud kredit üçün;
     · Sığorta üçün;
     · Miras kimi;
     · Təbii kataklizmarla əlaqədar yaranmış zərərin qiymətləndirilməsi məqsədi ilə;
     · Müəssisənin nizamnamə kapitalına daxil edilməsi yaxud müəssisənin əsas fondlardan çıxarılması üçün.
    Bağ evlərinin dəyərinə müxtəlif amillər təsir göstərir. RECNVEST Qiymətləndirmə şirkəti mütəxəssisləri yaşayış təyinatlı daşınmaz əmlakın bütün növlərinin qiymətləndirilməsi zamanı bu amilləri uçota alırlar. Həmin amillər arasında aşağıdakılar xüsusi təsir gücünə malikdirlər:
     · Mərkəzdən uzaqlıq;
     · Coğrafi yerləşmə və bağın yaxın ətrafı;
     · Avtomagistraldan uzaqlıq;
     · İnfrastrukturun olub- olmaması;
     · Çaya, meşəyə yaxınlıq;
     · Ekoloji vəziyyət və s.
    Bağ evinin real qiymətləndirilməsi üçün qiymətləndiricilərə aşağıdakı sənədlər siyahısı zəruridir:
       1. Qiymətləndiricilərin bağ evinə hüquqları təsdiq edən sənədlər;
       2. Bağ evinin yerləşdiyi torpaq sahəsinin planı;
       3. Bağ evinin yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsi;
       4. Bağ evinin yerləşdiyi torpağın icarə haqqının/torpaq vergisinin dərəcəsi.
     

 3. Bina evlərinin qiymətləndirilməsi;

 Bina evlərinin müstəqil qiymətləndirilməsi aşağıdakı sahələrdə əməliyyatların həyata keçirilməsini nəzərdə tutur:
      · Evin miras kimi qiymətləndirilməsi üçün;
      · Girov yaxud kredit üçün;
      · Müəssisənin nizamnamə kapitalı daxil edilməsi üçün;
      · Yaranmış zərərin qiymətləndirilməsi məqsədilə;
      · Sığorta üçün.

     Bina evlərinin qiymətləndirilməsi aparılması üçün zəruri sənədlərin siyahısı:
      1. Evə hüquqları təsdiq edən sənədlər;
      2. Evə Daşınmaz Əmlakın Reyestri xidmətindən verilən sənədlər - evin mərtəbələr üzrə planı və şərhlər;
      3. Evə bitişik sahəsinin sənədləri;
      4. Evin tərkibinə daxil olan qurğular haqqında sənədlər;
      5. Yüklülüyün olması barədə dəqiq məlumatlar;
      6. Qiymətləndirilən evin fiziki sərhədləri barədə məlumatlar;
      7. Qiymətləndirilən evin ərazisində yerləşən yardımçı tikililərin, infrasturktur obyektləri və digər yaxşılaşdırmalar haqqında dəqiq məlumatlar.
     

 4. Villaların qiymətləndirilməsi;

    Villaların müstəqil qiymətləndirilməsi kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsinin daha geniş yayılmış növlərindən biridir.
    Villaların dəyərinin qiymətləndirilməsi - əsasən şox bahalı, əksər hallarda ofis kimi istifadə olunan kommersiya təyinatlı daşınmaz əmlak obyektinin dəyərinin müəyyən edilməsidir.
    V
illaların qiymətləndirilməsi halında əsasən ayrıca binanın qiymətləndirilməsi yerinə yetirilir. Sözsüz ki, imarətlər ən bahalı binalardır. İmarətin əsas üstünlüyü tikinti potensialına malik ərazi ilə əhatə olunmasıdır. İmarətin alınması – kapitalın səmərəli yerləşdirilməsi və nüfuz deməkdir. İmarətin nüfüzlu statusu bütövlükdə biznesə səmərəli təsir göstərir.
     Villaların müstəqil qiymətləndirilməsi onun dəyərinə yalnız carı dövrdə və gələcəkdə təsir göstərən amilləri deyil, həm də onun tarixi əhəmiyyətliliyinin diqqətə alınmasını nəzərdə tutur.
    İmarətlərin (villaların) qiymətləndirilməsi üçün zəruri sənədlərin siyahısı:
     · Qiymətləndirmə obyektinin yerləşdiyi dəqiq ünavan da daxil olmaqla hüquqi vəziyyəti barədə məlumatlar (qeydiyyat haqqında şəhadətnamə, əmlak hüquqları);
     · İmarətin borc yaxud girov öhdəlikləri, icarədarların mövcudluğu, hüquqi sərtlər, kontraktlar, xüsusi vergi cəlb etmələri və qiymətləndirmə obeyktindən istifadə üzrə digər məhdudiyyətlərin mövcudluğu barədə məlumatlar;
     · İmarətin fiziki sərhədləri barədə məlumatlar (geodeziya planın surəti);
     · İmarətin yerləşdiyi torpaq sahəsinin vəziyyəti haqqında mılumatlar, o cümlədən torpaq sahəsinə hüquqları (mülkiyyət, icarə və s.) təsdiq edən sənədlər;
     · Qiymətləndirilən imarətin tərkibində qiymətləndirilən daşınar əmlak haqqında məlumatlar;
     · İmarətə Daşınmaz Əmlak Reyestr xidməti tərəfindən verilən texniki pasport (texniki pasportdan çıxarış, sərh, mərtəbələr üzrə plan);
     · Qiymətləndirilən imarət üzrə texniki sənədlər: tikintinin layihə - smeta sənədləri, imarətin yenidən qurulması üzrə sənədlər və şərhedici qeydlər;
     · Əgər mülkiyyətçi hüquqi şəxsdirsə imarətin balans dəyəri haqqında mühasibat arayışı.
     

 5. Qarajın, istixanaların və digər yardımçı tikililərin qiymətləndirilməsi;

  Qarajın, istixanaların və digər yardımçı tikililərin qiymətləndirilməsi aşağıdakı məqsədlər üçün aparılır:
     · Vərəsəlik;
     · Girovun rəsmiləşdiriliməsi və kredit;
     · Sığorta;
     · Təbii katoklizmlar nəticəsində dəyən zərərin qiymətləndirilməsi;
     · Müəssisənin nizamnamə kapitalına daxil edilmə və yaxud müəssisənin əsas fondlarından çıxarılma;
     · Alqı-satqı və yaxud icarə;
     · Tikilinin ləğv edilməsi;
     · Əmlakın bölünməsi;
    Qarajın, istixanaların və digər yardımçı tikililərin qiymətləndirilməsi üçün sənədlərin aşağıdakı siyahısı tələb olunur:
     · Qaraja, istixanalara və digər yardımçı tikililərə hüquqları təsdiq edən sənədlər;
     · Qarajın, istixanaların və digər yardımçı tikililərin yerləşdiyi torpaq sahəsini planı;
     · Qarajın, istixanaların və digər yardımçı tikililərin icarə müqaviləsi.

 

 
 
 
© 2014 Created by Qwant | Naziroff Group of Companies