Ana səhifə
Şirkət haqqında
İnformasiya təminatı
İctimai əlaqələr
Partnyorlar
Xəbərlər
Əlaqə
     
 
Xidmətlərimiz
  Yaşayış obyektlərinin (mənzil, fərdi yaşayış evi, mülk) qiymətləndirilməsi
  Xidmət obyektlərinin qiymətləndirilməsi
  İstehsal və s. təyinatlı avadanlıqların qiymətləndirilməsi
  Sığorta olunan əmlakın qiymətləndirilməsi
  Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçidlə əlaqədar müəssisələrin qiymətləndirilməsi
  Əsas fondların yenidən qiymətləndirilməsi
  Torpaq sahələrinin qiymətləndirilməsi
  İpoteka predmetlərinin qiymətləndirilməsi
  Biznesin qiymətləndirilməsi
  İnvestisiya layihələrinin qiymətləndirilməsi
  Məhkəmə mübahisələri zamanı qiymətləndirmə
  Əmlak vergisinə cəlbetmə məqsədilə bələdiyyə ərazisindəki əmlakın qiymətləndirilməsi
  “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusunda beynəlxalq konfrans 20 may 2015-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində “Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiyasiya”-nın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəsmi göstərişi əsasında yaradılmış ermənilərin tarix boyu Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun təşkilatçılığı ilə XIV beynəlxalq konqress öz işinə başlamışdır. Beynəlxalq tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərindəki adını daşıyan parka gələrək onun abidəsi önünə tər-çiçək dəstələri düzmüşlər. Eyni zamanda həmin beynəlxalq tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan qanlı döyüşlərdə qəhrəmancasına həlak olmuş vətən övladlarının əziz xatirəsini də yad etmişlər. Daha sonra “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusuna həsr edilmiş həmin beynəlxalq konqress Qəbələ şəhərindəki Qafqaz Rivierside Resort hotelinin konfrans zalında öz işinə başlamışdır.
 
  Əmlak və biznes sahiblərinin, idarəedicilərinin, səhmdarlarınının, investorların nəzərinə! Qiymətləndirmə sahəsində peşəkar və operativ xidmət üçün bizə zəng edin. Biz Sizə əmlakın idarəolunması, uçotu, vergiyəcəlbedilməsi, əmlakla bağlı bütün sənədləşmə məsələləri üzrə tam xidmət göstərməyə hazırıq! Əgər Siz yuxarıda sadaladığımız sahələr üzrə hər hansı bir məsələdə məsələhətləşməyə, xidmət almağa ehtiyac duyursunuzsa və əmlakla bağlı sənədləşmə ilə məşğul olmaq istəmirsinizsə, Şirkətimiz Sizin işlərinizi yüngülləşdirib, Sizə professional və konfidensiallığı qoruyaraq xidmət göstərəcəyinə, Sizin maraqlarınızı qorumaqla işinizi asanlaşdıracağına təminat verir! Ünvan: Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 43, mənzil 3 Əlaqə telefonları: mob: +994 070 231-51-41 +994 055 231-51-41 iş: +994 012 510-81-96 www.recinvest.az e-poçt: recinvest@mail.ru
 

Xidmət obyektlərinin qiymətləndirilməsi
Xidmət obyektlərinin qiymətləndirilməsi dedikdə qeyri-yaşayış, kommersiya təyinatlı daşınmaz əmlakın, anbar binalarının və sahələrinin, avtomobil duracaqlarının, yanacaq doldurma stansiyalarının, torpaq sahələrinin və s. dəyərinin qiymətləndirilməsini nəzərdə tutur. Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi ayrılıqda həmçinin əmlak kompleksinin yaxud fəaliyyətdə olan biznesin tərkibində aparıla bilər. 
             

           Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın müstəqil qiymətləndirilməsi aşağıdakı məqsədlər üçün zəruridir:
     • Kreditin rəsmiləşdirilməsi yaxud qeyri-yaşayış sahələrinin girov qoyulması;
     • Alış-satış sövdələşmələrinin həyata keçirilməsi;
     • Hərracda satış üçün qeyri-yaşayış sahələrinin ilkin dəyərinin müəyyən edilməsi;
     • Sığorta məbləğinin müəyyən edilməsi;
     • İcarə haqqı dərəcəsinin hesablanması;
     • Qeyri-yaşayış sahəsinin hüquqi şəxsin nizamnamə fondunun daxil edilməsi;
     • Əmlakın balansa götürülməsi;
     • Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi;
    Qeyri-yaşayış təyinatlı daşınmaz əmlakın müstəqil qiymətləndirilməsi üçün aşağıdakı sənədlər zəruridir:
      1. Hüquqları təsdiq edən sənədlər (əgər varsa);
      2. Qeyri-yaşayış təyinatlı sahəyə sahiblik hüququnun dövlət qeydiyyatı haqqında şəhadətnamə;
      3. Qeyri-yaşayış təyinatlı sahəyə sahiblik hüququnun yarandığı razılaşma(müqavilə);
      4. İcarə və investisiya kontraktları;
      5. İnventarlaşdırma sənədləri (əgər varsa);
      6. Qeyri-yaşatış təyinatlı binanın yerləşdiyi torpaq sahəsinin kadastr sənədləri;
      7. Qiymətləndirilən qeyri-yaşayış təyinatlı bina üçün Daşınmaz Əmlakın Reyestr xidmətindən arayışlar.
    Qiymətləndirmə üçün zəruri informasiya siyahısı qiymətləndirilən əmlakın tərkibinin dərindən təhlili və qiymətləndirmənin məqsədlərinin müəyyən olunmasından sonra tərtib edilir.
    “REC-İNVEST” Qiymətləndirmə şirkətinin əməkdaşları - hər bir müstəqil ekspert qiymətləndirilməni ekspert işlərinin həyata keçirilməsini və qiymətləndirmə haqqında hesabatın tərtibini Milli Qiymətləndirmə Standartlarına və BQS3 standartına uyğun olaraq həyata keçirir. 
    

                                                      Kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi
    Kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi – müvafiq sahədə yaranan ən mürəkkəb məsələlərin həllində milli və beynəlxalq qiymətləndrmə standartlarınln əlaqələndirilməsidir
    Kommersiya təyinatlı daşınmaz əmlakın müsətiqil qiymətləndirilməsi – irimiqyaslı qiymətləndirmə işlərinin yerinə yetirilməsində mühüm əhəmiyyətə malikdir.O aşağıdakı məqsədlərə xidmət edir:
     • Girovun rəsmiləşdirilməsi, eləcə də kredit üçün kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi;
     • Sığortanın yaxud sığorta ödənişlərinin rəsmləşdirilməsi üçün kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi;
     • Müəssisənin nizamnamə kapitalına daxil edilmə yaxid oradan çıxarılmaq, eləcə də kommersiya əməliyyatalrının yerinə yetirilməsi üçün kommersiya təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi.
    Kommersiya təyinatlı daşınmaz əmlakın əsas obyektləri:
     1. Binalar və qurğular;
     2. Ofis;
     3. İstehsal binaları;
     4. Anbar binaları.
                                                            Anbarın və anbar binalarının qiymətləndirilməsi
“REC-İNVEST” Qiymətləndirmə şirkəti anbar və anbar binalarının, avadanlıq, nəqliyyat vasitələri, xüsusi texnika və s. kimi daşınmaz əmlakın birlikdə qiymətləndirilməsini həyata keçirir. Bundan əlavə anbarların ayrılıqda, eləcə də anbar kompleksləri şəkilində qiymətləndirilməsi aparılır.
    Anbar və anbar binalarının müstəqil qiymətləndirilməsi aşağıdakı məqsədlər üçün yerinə yetirilir:
       • Girov yaxud kredit üçün;
       • Sığorta üçün;
       • Müəssisənin nizamnamə kapitalı daxil edilməsi yaxud müəssisənin əsas fondlardan çıxarılması üçün.
       • Subasmalar və digər hadisələr nəticəsində yaranmış zərərin qiymətləndirilməsi məqsəsi ilə;
       • Anbarın və anbar binalarının miras üçün qiymətləndirilməsi.
    Anbarın və anbar binalarının qiymətləndirilməsində əsas məsələ binanın tipinin tikilməsi tarixinin, hüquqi sənədlərin düzgün tərtibinin, anbarın mühəndis qurğularının və təchizatının, soyutma sisteminin, enerji təchizatının mühafizəsinin, yerləşməsinin və nəqliyyata uyğunluğunun aşkar olunmasıdır.
    Anbar binalarının səriştəli qiymətləndirilməsinin yerinə yetirilməsi üçün sənədlərin aşağıdakı siyahısı tələb olunur:
       • Qiymətləndirmə obyektinə hüquqları (mülkiyyət, icarə və s.) təsdiq edən sənədlər;
       • Anbarın yerləşdiyi binanın mərtəbəli planı üzrə Daşınmaz Əmlakın Reyest xidmətinin sənədləri;
       • Anbar binasının yerləşdiyi torpaq sahəsinin sənədləri;
       • Obyektin tərkibinə daxil olan qurğular barədə məlumatlar;
       • Obyektə yüklülüyün olması barədə rəsmi məlumatlar;
       • Obyektin fiziki sərhədləri barədə məlumatlar (geodeziya planının surəti);
       • Anbar binasının tərkibində qiymətləndirilən daşınnar əmlak barədə məlumatlar.
İstehsal binasının qiymətləndirilməsi
İstehsal binaları bazarı kommersiya daşınmaz əmlakının dinamik inkişaf edən sektorudur. İstehsal binası müəssisənin istehsal funksiyalarını təmin edən ayrıca binadır. “REC-İNVEST” Qiymətləndirmə şirkətinin qiymətləndiriciləri istehsal binalarının qiymətləndirilməsi sahəsində xidmətlərini təklif edirlər.
    İstehsal binasının qiymətləndirilməsinə ayrıca əmlak obyektinin qiymətləndirilməsi həmçinin mövcud avadanlıqlar, nəqliyyat vasitələri və s. ilə birlikdə kompleks qiymətləndirmə kimi baxılır. 
                                

                                 İstehsal binasının müstəqil qiymətləndirilməsi aşağıdakı məqsədlər üçün yerinə yetirilir:
     • Növbəti alış-satış sövdələşmələri;
     • Bazar icarə dərəcəsinin müəyyən edilməsi;
     • Şirkətin balansına qəbul;
     • Bankdan kreditin alınması və girovun təmin edilməsi;
     • Məhkəmə prosesi;
     • Əmlaka sahiblik üzrə vergilərin azaldılması üçün əmlakın yenidən qiymətləndirilməsi;
     • Struktur yenidənqurma;
     • Sığorta;
     • İdarəetmə qərarlarının qəbulu;
     • İnvestisiya planlaşdırılması;
     • İstehsal binasının nizamnamə kapitalına daxil edilməsi;
     • İstehsal binasına dəyən zərərin qiymətləndirilməsi;
     • İstehsal daşınmaz əmlakının ləğvetmə dəyərinin qiymətləndirilməsi, və s.
        İstehsal binasının qiymətləndirilməsi üçün sənədlər:
     1. Hüquqları təsdiq edən sənədlər;
     2. İstehsal binasına sahiblik hüququnun dövlət qeydiyyatı haqqında şəhadətnamə;
     3. İstehsal binasına sahiblik hüququnun yarandığı razılaşma(müqavilə);
     4. İcarə və investisiya kontraktları;
     5. İnventarlaşdırma sənədləri (əgər varsa);
     6. İstehsal binasının yerləşdiyi torpaq sahəsinin kadastr sənədləri;
     7. İstehsal binası üçün Daşınmaz Əmlakın Reyestr xidmətindən arayışlar.
                                                          

                                                              Mağaza və ticarət sahələrinin qiymətləndirilməsi
    Mağazaların və ticarət sahələrinin müstəqil qiymətlədirilməsi olduqca aktual və tələb olunan xidmətdir. Bununla əlaqədar olaraq, “REC-İNVEST” Qiymətləndirmə şirkətinin qiymətləndiriciləri bu sahədə sizə yüksək keyfiyyətli və operativ xidmətlər təklif edirlər.
    Mağazaların və ticarət sahələrinin qiymətləndirilməsi zəruridir :
     •Mağazanın, müəssisənin özəlləşdirilməsi üçün;
     •Səhmlərin emissiyasının həyata keçirilməsi üçün;
     •Alış-satış əməliyyatlarının aparılması üçün;
     •Müəssisənin yenidən təşkili və yaxud yenidən ləğv edilməsi üçün;
     •İdarəetmə orqanlarının məqsədyönlüyünün qiymətləndirilməsi üçün;
    REC-İNVEST” Qiymətləndirmə şirkətinin mütəxəssisləri mağazaların qiymətləndirilməsi zamanı aşağıdakı amilləri uçota alırlar:
     •Nəqliyyat maqistrallarına yaxınlıq;
     •Ticarət rayonunda tikililərin sıxlığı;
     •Obyektin potensial alıcıları cəlb etmək üzrə imici;
     •Rəqib müəssisələrinin, xüsusən iri mağazaların mövcudluğu (yaxud olmaması);
     •Ticarət sahəsinin yerləşdiyi yer;
     •Yaşayış evi, əlavə tikili yaxud ayrıca bina;
     •Yaxınlıqda avtomobillər üçün duracaqların və digər yaxşılaşdırılmanın mövcuduğu;
     •Binanın komunikasiyalarının və ticarət avadanlığının vəziyyəti;
     •Anbar və xidməti sahələrin, soyuducu qurğuların olub-olmaması;
     •Həmcins əmtəə və xidmətlərlə ticarətin yeni üsullarının yaradılması perspektivləri və s.
    Mağazaların və ticarət sahələrinin qiymətləndirilməsi üçün sənədlərin aşağıdakı siyahısı zəruridir:
     1. Ticarət daşınmaz əmlakının alqı-satqı müqaviləsi;
     2. Qiymətləndirilən mağazanın yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsi, mülkiyyət haqqında şəhadətnamə;
     3. Qiymətləndirilən binanın/sahənin texniki pasportu;
     4. Ticarət sahələrinin balans dəyəri (hüquqi səxslər üçün);
     5. Qiymətləndirilən ticarət sahəsinə düşən orta illik əməliyyat xərcləri haqqında arayış (əgər varsa);
     6. Mağazanın yerləşdiyi torpaq sahəsindən istifadəyə görə illik ödəniş haqqında arayış;
     7. Əmlak vergisi haqqında bəyannamə (əgər varsa);
     8. Ticarət sahələrinin icarə müqaviləsi (əgər varsa);
     9. Mağaza obyektinin, ticarət sahəsinin sığorta müqaviləsi (əgər varsa).
                  

                                                                Ofis binalarının qiymətləndirilməsi
Hər bir şirkət və yaxud firma ofis seçərkən yerləşdiyi yerin rahatlığını və rayonun görkəmini uçota alır. İstənilən biznesin yaxud müəssisənin inkişafı ofis binasının düzgün seçilməsindən başlayır. Ona görə də ofis binalarının düzgün qiymətləndirilməsi zəruridir.
    Ofis binalarının qiymətləndirilməsi aşağıdakı məqsədlər üçün həyata keçirilir:
     • Növbəti alış-satış sövdələşmələri;
     • Şirkətin balansına qəbul;
     • Bankdan kreditin alınması və girovun təmin edilməsi;
      • Sığorta;
     • İnvestisiya planlaşdırılması;
     • Məhkəmə prosesi;
     • İdarəetmə qərarlarının qəbulu;
     • Nizamnamə kapitalına daxil edilmək;
     • Ofisə dəyən zərərin qiymətləndirilməsi;
     • Ofis əmlakının ləğvetmə dəyərinin qiymətləndirilməsi;
     • Ofis sahəsinin icarə dəyərinin qiymətləndirilməsi.
    Ofis binalarının qiymətləndirilməsi üçün sənədlərin aşağıdakı siyahısı zəruridir:
     1. Qiymətləndirmə obyektinə hüquqları (mülkiyyət, icarə və s.) təsdiq edən sənədlər;
     2. Ofisin yerləşdiyi binanın mərtəbəli planı üzrə Daşınmaz Əmlakın Reyest xidmətinin sənədləri;
     3. Ofis binasının yerləşdiyi torpaq sahəsinin sənədləri;
     4. Obyektin tərkibinə daxil olan qurğular barədə məlumatlar;
     5. Obyektə yüklülüyün olması barədə rəsmi məlumatlar;
     6. Obyektin fiziki sərhədləri barədə məlumatlar (geodeziya planın surəti);
     7. Ofisin binasının tərkibində qiymətləndirilən daşınar əmlak barədə məlumatlar.
 Avtoduracaqların, yanacaq doldurma stansiyalarının qiymətləndirilməsi və s.

 
 
 
© 2014 Created by Qwant | Naziroff Group of Companies