Ana səhifə
Şirkət haqqında
İnformasiya təminatı
İctimai əlaqələr
Partnyorlar
Xəbərlər
Əlaqə
     
 
Xidmətlərimiz
  Yaşayış obyektlərinin (mənzil, fərdi yaşayış evi, mülk) qiymətləndirilməsi
  Xidmət obyektlərinin qiymətləndirilməsi
  İstehsal və s. təyinatlı avadanlıqların qiymətləndirilməsi
  Sığorta olunan əmlakın qiymətləndirilməsi
  Beynəlxalq Maliyyə Hesabatı Standartlarına keçidlə əlaqədar müəssisələrin qiymətləndirilməsi
  Əsas fondların yenidən qiymətləndirilməsi
  Torpaq sahələrinin qiymətləndirilməsi
  İpoteka predmetlərinin qiymətləndirilməsi
  Biznesin qiymətləndirilməsi
  İnvestisiya layihələrinin qiymətləndirilməsi
  Məhkəmə mübahisələri zamanı qiymətləndirmə
  Əmlak vergisinə cəlbetmə məqsədilə bələdiyyə ərazisindəki əmlakın qiymətləndirilməsi
  “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusunda beynəlxalq konfrans 20 may 2015-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində “Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiyasiya”-nın və Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəsmi göstərişi əsasında yaradılmış ermənilərin tarix boyu Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun təşkilatçılığı ilə XIV beynəlxalq konqress öz işinə başlamışdır. Beynəlxalq tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərindəki adını daşıyan parka gələrək onun abidəsi önünə tər-çiçək dəstələri düzmüşlər. Eyni zamanda həmin beynəlxalq tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan qanlı döyüşlərdə qəhrəmancasına həlak olmuş vətən övladlarının əziz xatirəsini də yad etmişlər. Daha sonra “Müasir qiymətləndirmə fəaliyyətindəki hüquqi normativ boşluqlar və onların təminatı məsələləri” mövzusuna həsr edilmiş həmin beynəlxalq konqress Qəbələ şəhərindəki Qafqaz Rivierside Resort hotelinin konfrans zalında öz işinə başlamışdır.
 
  Əmlak və biznes sahiblərinin, idarəedicilərinin, səhmdarlarınının, investorların nəzərinə! Qiymətləndirmə sahəsində peşəkar və operativ xidmət üçün bizə zəng edin. Biz Sizə əmlakın idarəolunması, uçotu, vergiyəcəlbedilməsi, əmlakla bağlı bütün sənədləşmə məsələləri üzrə tam xidmət göstərməyə hazırıq! Əgər Siz yuxarıda sadaladığımız sahələr üzrə hər hansı bir məsələdə məsələhətləşməyə, xidmət almağa ehtiyac duyursunuzsa və əmlakla bağlı sənədləşmə ilə məşğul olmaq istəmirsinizsə, Şirkətimiz Sizin işlərinizi yüngülləşdirib, Sizə professional və konfidensiallığı qoruyaraq xidmət göstərəcəyinə, Sizin maraqlarınızı qorumaqla işinizi asanlaşdıracağına təminat verir! Ünvan: Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 43, mənzil 3 Əlaqə telefonları: mob: +994 070 231-51-41 +994 055 231-51-41 iş: +994 012 510-81-96 www.recinvest.az e-poçt: recinvest@mail.ru
 

 

Azərbaycan Respublikasında əsas vəsaitlərin (fondların) yenidən qiymətləndirilməsi qaydaları haqqında

ƏSASNAMƏ

 1. Bu Əsasnamə əsas vəsaitlərin (fondların) bərpa dəyərini müəyyənləşdirmək məqsədilə bütün müəssisələrin əsas vəsaitlərinin yenidən qiymətləndirilməsi qaydalarını müəyyən edir.

2. Əsas vəsaitlərin (fondların) yenidən qiymətləndirilməsi mülkiyyət formasından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində yerləşən bütün müəssisələr tərəfindən aparılır.

3. Texniki vəziyyətindən (köhnəlmə dərəcəsindən) asılı olmayaraq istismarda olan, ehtiyatda saxlanılan, dondurulmuş və ya başa çatdırılmamış tikinti obyektlərində yerləşən binalar (yaşayış binalarından başqa), qurğular, ötürücü mexanizmlər, maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri və əsas vəsaitlərin digər növləri, həmçinin icarəyə və ya müvəqqəti istifadəyə verilmiş və yaxud girov qoyulmuş obyektlər balansında olan müəssisələr tərəfindən yenidən qiymətləndirilir.

Fiziki və mənəvi cəhətdən köhnələrək silinməyə hazırlanmış, lakin silinməsi müəyyən olunmuş qaydada aktlarla rəsmiləşdirilməmiş əsas vəsaitlər (fondlar) da yenidən qiymətləndirilir.

4. İnflyasiyanın sürətindən asılı olaraq əsas vəsaitlərin dəyərinin minimum həddinin limiti hər dəfə dəyişdikcə və həmçinin əsas vəsaitlər vahidi və dəstinin dəyəri müəyyən edilmiş minimum həddə çatmadıqda da onlar əsas vəsaitlərin tərkibindən çıxarılır.

5. Bütün müəssisələr əsas vəsaitlərin (fondların) yenidən qiymətləndirilməsini 1996-cı il iyul ayının 1-i vəziyyətinə apardıqları inventarizasiyasının nəticələrinə görə müəyyənləşdirdikləri tam balans dəyərinə və köhnəlmə məbləğinə bu Əsasnamənin 6-cı bəndində göstərilən əmsalların vurulması yolu ilə müəyyən edirlər.

6. Əsas vəsaitlərin (fondların) bərpa dəyərini müəyyən etmək üçün, onların balans dəyərlərinin yenidən hesablanması əmsalları:

             

 

 

Əsas fondların alınma tarixi

 

Əsas vəsaitlərin (fondların) balans dəyərinin yenidən hesablanması əmsalları

 

Maşınlar, avadanlıqlar və nəqliyyat

 

Binalar (yaşayış binalarından başqa), qurğular, ötürücü mexanizmlər və başa çatdırılmamış tikililər 

 

 

Qoşqu heyvanları və məhsuldar mal-qara

 

 

Əsas vəsaitlərin digər növləri

 

 

01.07.94-cü ilə qədər

 

01.07.94-cü ildən

01.01.95-cü ilə qədər

 

01.01.95-ci ildən

01.01.96-cı ilə qədər

 

01.01.96-cı ildən

01.07.96-cı ilə qədər

 

16*)

 

 

   4

 

 

  1,5

 

 

  1,1

 

         16*)

 

 

          4

 

 

         1,5

 

 

         1,1

 

        --

 

 

        --

 

 

        --

 

 

    4000**)

 

        16*)

 

 

         5

 

 

        1,5

 

 

        1,1

 Qeyd: *) – bu əmsallar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 16 iyun tarixli 238 nömrəli qərarı ilə yenidən qiymətləndirilmiş əsas fondların (vəsaitlərin) balans dəyərinə tətbiq edilir;

**) – Qoşqu heyvanları və məhsuldar mal-qaranın yenidən qiymətləndirilməsi onların faktiki diri çəkisini 4000 (dörd min)-ə vurmaqla müəyyən edilir.

Binaların, qurğuların, ötürücü mexanizmlərin tikilməsinə və ya alınmasına, həmçinin başa çatdırılmamış tikintiyə çəkilən xərclər müxtəlif dövrlərdə həyata keçirilmiş olarsa, onda göstərilən əsas fondların balans dəyərinin yenidən hesablanması, onların tikilmə və alınma dövrləri üzrə həmin dövrlərə uyğun olan əmsallarla ayrı-ayrılıqda aparılır.

7.  Əsas vəsaitlərin (fondların) yenidən qiymətləndirilməsinin nəticələrinin mühasibat və statistika hesabatlarında əks etdirilməsi qaydaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsinin müvafiq təlimatları ilə müəyyənləşdirilir.

 
 
 
© 2014 Created by Qwant | Naziroff Group of Companies